Azərbaycan Tibb elminə ağır itki üz verib. Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti (ATU) məlumat yayıb. Bildirilib ki, ATU-nun Biokimya kafedrasının nəzdində Problem Elmi Tədqiqat laboratoriyasının müdiri, kafedranın dosenti Mehman Quliyev dünyasını dəyişib. Onun uzun sürən ağır xəstəlikdən sonra vəfat etdiyi bildirilir.