EN

Zurabişvili Münhendən qayıdarkən hava limanında yumurta atəşinə məruz qalıb

Oxuməni.az “TV Pirveli”kanalına istinadla xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransından qayıdarkən Tbilisi beynəlxalq hava limanında yumurta atəşinə məruz qalıb.

“Zurabişvili bu yaxınlarda Münhen konfransından qayıdarkən Zonderlər (anonim fəallar qrupu) tərəfindən hədəfə alınıb. Zurabişviliyə Tbilisi hava limanında yumurta atıblar”, – televiziya şirkəti xəbər verir.

Ötən gün naməlum şəxslər Tbilisi beynəlxalq hava limanında müxalifət lideri Qaxariyaya yumurta atıblar. O da Münhendən qayıdırdı. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Almaz Həsənli

Chosen
43
3
oxumeni.az

8Sources