1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İstanbulun "Qalatasaray" klubu heyətini "Lion"un qolkiperi ilə gücləndirəcək.
Oxu.Az xəbər verir ki, söhbət 28 yaşlı fransalı qapıçı Lukas Perridən gedir.
Tərəflər arasında razılıq əldə olunub. 1.97 santimetr boya sahib olan qapıçı "Qalatasaray"la 1.5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Lukas Perrinin meneceri "Qalatasaray" rəhəbrliyi ilə görüşərək, bütün şərtləri qəbul etdiklərini bildirib.