EN

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1300 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 862 min 390 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 19 tank, 72 artilleriya sistemi və 23 zirehli döyüş maşınını məhv edib.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
11
19
missiya.az

10Sources