EN

"Qarabağ" və "Neftçi" azarkeşlərinə görə CƏZALANDIRILDI

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib, yığıncaqda Misli Premyer Liqasının XXIII turunda baş verənlər müzakirə olunub.

Demokrat.az xəbər verir ki, komitə müzakirələrdən sonra müvafiq qərarlar verib.

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyununun 47-ci dəqiqəsində "Araz-Naxçıvan" klubunun dörd nömrəli futbolçusu İqor Ribeyro rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün bir oyun cəzalansın, "Araz-Naxçıvan" klubu 1 000 manat cərimə edilsin (maddə 41);

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun "Neftçi" - "Qarabağ" oyununda "Neftçi" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə "Neftçi" klubu 800 manat cərimə edilsin (maddə 52.1);

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun "Neftçi" - "Qarabağ" oyununda "Neftçi" klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə üçüncü dəfə yaşandığına görə "Neftçi" klubu 1 000 manat cərimə edilsin (maddə 43.7);

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun "Neftçi" - "Qarabağ" oyununda "Qarabağ" klubunun dörd futbolçusu sarı vərəqə aldığına görə "Qarabağ" klubu 700 manat cərimə edilsin (maddə 37);

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun "Neftçi" - "Qarabağ" oyununun 22-ci dəqiqəsində "Qarabağ" klubunun 81 nömrəli futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyun cəzalansın, "Qarabağ" klubu 1 500 manat cərimə edilsin (maddə 39.1);

Chosen
54
28
demokrat.az

10Sources