EN

İlham Əliyevlə Ərdoğanın Xankəndi dialoqu yada düşdü: Hotel açılışı... - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud" hotelinin açılışında iştirak edib.

Demokratikmusavat.com xəbər verir ki, hotelin açılışın baş tutmasından sonra daha əvvəl Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan dialoq yenidən gündəmə gəlib.

Belə ki, 2021-ci ildə Azərbaycan və Türkiyə dövlət başçıları Qarabağa səfər edərkən Prezident İlham Əliyev Şuşanın mənzərəsini R.T.Ərdoğana göstərmək üçün yarı yolda dayanır.

O, iki qayanın arasında yerləşən şəhərin isə Xankəndi olduğunu söyləyir.

Bu zaman Ərdoğan "Qalacağımız hotel orada yerləşir?" deyə sual verir.

Əliyev isə əvvəlcə təbəssüm edir və "yox, yox, orada da olacaq" cavabını verir.

Ötən gün isə Azərbaycan Prezidenti Xankəndi şəhərində “Bulud” hotelinin açılışında iştirak edib.

Səfurə

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

10Sources