EN

PSJ avrokuboklarda belə bir şey yaşamamışdı

PSJ avrokuboklarda yeni klub rekordu müəyyənləşdirib.

Publika.az xəbər verir ki, Fransa nəhəngi buna Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Brest”ə 7:0 hesabı ilə qalib gəlməklə nail olub. Bu, onların beynəlxalq yarışlardakı ən böyük qələbəsi olub.

Daha əvvəl avrokuboklarda PSJ üçün ən böyük hesablı qələbə 7:1 idi. Bu nəticə ilə parislilər 2001-ci ilin avqustunda İntertoto kubokunda "Gent"i (Belçika), 2017-ci ilin noyabrında isə Çempionlar Liqasının qrup mərhələsində "Seltik"i (Şotlandiya) məğlub ediblər.

Bütün turnirlərdə PSJ üçün ən böyük hesab 10:0-dır. 1994-cü ilin yanvarında parislilər Fransa kubokunda "Kot Şoy"a darmadağınla qalib gəlib.

Chosen
80
11
publika.az

10Sources