EN

Bakıda marşrut avtobusu piyadanı vurub öldürdü

Bakıda marşrut avtobusu ağır qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, 1961-ci il təvəllüdlü İlqar Əliyev “Daewoo” markalı 76 saylı xətt marşrut avtobusu ilə Suraxanı rayonu Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində piyadanı vurub.

Nəticədə yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Xibabayev Zahid Qədim oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Chosen
8
8
qafqazinfo.az

10Sources