1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə nəhəngi "Qalatasaray" Barış Alper Yılmazı transfer etmək istəyən klubların minimum 35 milyon avro ödəməli olacaqlarını bildirib.
Oxu.Az xəbər verir ki, "Qalatasaray" rəhbərliyi İngiltərənin "Nottingem Forest" klubunun Barış Alper Yılmaz üçün 20 milyon avroluq təklifini geri çevirib.
"Sarı-qırmızılar" ulduz futbolçu üçün minimum 35 milyon avro tələb edir.
Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 35 oyunda 11 qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.