Bu gün Misli Premyer Liqasında 24-cü tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
6-cı yerdəki "Neftçi" öz meydanında 7-ci pillədəki "Sumqayıt"ı qəbul edib. Oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Neftçi" turnir cədvəlində xalla 6-cı, "Sumqayıt" isə 22 xalla 7-ci yerdədir.
Qeyd edək ki, turun digər oyunları 22 və 23 fevral tarixlərində keçiriləcək.
21 fevral (cümə)
19:00.“Neftçi” – “Sumqayıt” - 1:0
Qol: Filip Ozobiç, 90+3 - pen.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”
22 fevral (şənbə)
16:00.“Araz-Naxçıvan” – “Səbail”
19:00.“Qarabağ” – “Sabah”
23 fevral (bazar)
14:30.“Şamaxı” – “Turan Tovuz”
17:00.“Zirə”– “Kəpəz”
Bizim.Media