Şərqi Qaradəniz və Qərbi Aralıq dənizində güclü fırtına gözlənilir.
Redaktor.az xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsinin proqnozuna görə, Şərqi Qaradənizin şərqində sabah günorta saatlarından etibarən küləyin şimal-qərbdən, bəzi yerlərdə isə cənub-qərbdən 6-8, bazar günü isə 9 bal gücündə (75-90 km/saat) fırtına şəklində əsməsi gözlənilir.
Fırtınanın çərşənbə axşamı günorta saatlarında təsirini itirəcəyi bildirilir.
Kənan YUSİF