2023-cü ilin noyabrından həbsdə olan Ali Radanın müxalifyönlü deputatı Aleksandr Dubinski Ukrayna prezidenti postuna namizədliyini irəli sürüb. Manset.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb. “Mən - 1981-ci il təvəllüdlü, Kiyevdən olan Aleksandr Dubinski bəyan edirəm: Ukrayna prezidentliyinə namizədliyimi irəli sürürəm”, - deyə o bildirib. Qeyd edək ki, Dubinksi hazırda Kiyev istintaq təcridxanasındadır. O, dövlətə xəyanətdə ittiham olunur.