EN

Dünən Xocalıda minaya düşən şəxsin vəziyyəti ağırdır - TƏBİB

Dünən Xocalıda minaya düşən şəxsin vəziyyəti məlum olub.

Bu barədə TƏBİB-dən bildirilib ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21.02.2025-ci il tarixində saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır",- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, dünən "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb. Nağı İmanovun sağ ayağı topuqdan aşağı amputasiya olunub.

 
 

Chosen
14
11
7news.az

10Sources