EN

"Araz-Naxçıvan" "Səbail"ə qarşı - YENİLƏNİR

Bu gün və sabah Misli premyer-liqasında 24-cü turun növbəti oyunları keçiriləcək. Yenə də bütün matçlar “CBC Sport”un efirində canlı yayınlanacaq.

Misli premyer-liqası
3-cü dövrə, 24-cü tur
22 fevral
Araz-Naxçıvan – Səbail 0:0
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 3:+1=1-1, 4:5.
2023/24 – 1:1, 0:2; 2024/25 – 3:2.
Cəzalı: İqor Ribeyro (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: FƏRİD HACIYEV, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı, “Liv Bona Dea Arena”. Saat 16.00.
“Araz-Naxçıvan” son həftələrdə özünü xoşbəxt hiss etmir. Ona görə ki, Muxtar Respublika təmsilçisi ardıcıl üç matçda nə qələbə qazanıb, nə də qol vurub. Ümumiyyətlə, “qırmızı-ağlar” son yeddi matçda cəmi bir dəfə üç xalın dadına baxıb, iki dəfə qol vurub. Görünür, Elmar Baxşıyev komandasını toparlamaqda çətinliklə üzləşib. Təbii ki, autsayderlə matç uğursuz seriyadan qurtulmaq üçün yaxşı fürsət ola bilər. Lakin “Səbail”ə yuxarıdan aşağı baxmaq məqsədəuyğun deyil. “Dənizçilər” qış fasiləsindən sonra keçirdiyi beş oyunun birində uduzub ki, bu, “Qarabağ”la qarşılaşmaya təsadüf edib. Cavid Hüseynovun kollektivi “Sabah” və “Turan Tovuz” kimi iddialı rəqiblərdən xal qoparmağı bacarıbsa, “Sumqayıt” və “Kəpəz”i məğlub edib. Bu üzdən meydan sahibləri xal itkisindən qorunmaq üçün əlindən gələni etməlidi.
Bu komandalar indiyə qədər 6 dəfə qarşılaşıb. Bunların 2-də “Araz-Naxçıvan”, 2-də “Səbail” qələbə qazanıb, 2-də “sülh” qeydə alınıb. Topların nisbətində də bərabərlik var – 8:8.
Qarabağ – Sabah
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 13:+8=5-0, 29:12.
2018/19 - 1:1, 3:0; 2019/20 - 2:0, 0:0; 2020/21 - 2:0, 2:0; 2021/22 - 5:1, 1:1; 2022/23 - 4:3, 1:1; 2023/24 - 2:0, 3:3; 2024/25 – 3:2.
Cəzalılar: Kevin Medina (Qarabağ), İqor Noqeyra (Sabah).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 19.00.
Çempionatın rəqib tanımayan komandası “doğma divarlar” arasında meydana çıxırsa, qarşısıalınmaz performans sərgiləyəcəyinə şübhə yoxdu. Odu ki, Ağdam təmsilçisinin ənənəvi hücum və əks-hücumlarından qorunmaq çətin olacaq. Bu mənada “Sabah” görüşə çox yaxşı və sözün əsl mənasında qüsursuz hazırlaşmalıdı. Vasili Berezutski komandasının yuxarı pillələrdəki rəqiblərə qarşı daha yaxşı oynadığını iddia edir. Düzdü, bununla müəyyən mənada razılaşmaq olar. Amma son səkkiz matçda cəmi iki qələbə qazanan “bayquşlar”ın ciddi uğur qazanacağına inanların sayı yetərincə azdı. Hər halda, “tələbələr” “Səbail”lə matçda qolsuz heç-heçəyə razılaşdığından azarkeşlərini üzdü. İndi azı bir xal uğrunda çarpışmaq vaxtıdı.
Komandalar indiyə qədər 25 dəfə qarşılaşıb. Bunların 15-də “Qarabağ”, 2-də “Sabah” qalib gəlib, 8-də hərəyə bir xal düşüb. Topların nisbətində “köhlən atlar” öndədi – 48:22.
23 fevral
Şamaxı – Turan Tovuz
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 3:+0=1-2, 2:4.
2022/23 – 0:1, 0:1; 2024/25 – 2:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Şirməmməd Məmmədov, Kamran Əliyev.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı, şəhər stadionu. Saat 14.30.
Mövsümün ikinci yarısına uğursuz başlayan, dəqiq desək, ardıcıl üç oyunda uduzan “Şamaxı” son iki matçda tilsimi qıra bildi. “Sumqayıt”a qalib gələn, “Kəpəz”dən 1 xal qoparan “şirlər” indi də “Turanm Tovuz”u büdrətməyə çalışacaq. Komandanın mövqeyini nəzərə alsaq, bu matçda qazanılacaq bir xal qızıl dəyərindədi. Odu ki, Ayxan Abbasov kollektivini çətin rəqiblə duelə çox yaxşı hazırlaşdırmalıdı. Kurban Berdıyevin də işi asan olmayacaq. Düzdü, “bozqurd” hələ Şamaxıdan əliboş dönməyib. Lakin qonaqlar meydan sahiublərinin əzmkar oyun tərzini gözardı etməməlidi. O başqa məsələ ki, “şirlər” Belajdi Pusinin ayrılığıyla ciddi itkiylə üzləşib.
Bu komandalar indiyə qədər 6 dəfə qarşılaşıb. Bunların 1-də “Şamaxı”, 3-də “Turan Tovuz” qələbə qazanıb, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində “bozqurd” öndədi - 9:8.
Zirə – Kəpəz
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 11:+7=4-0, 19:9.
2015/16 - 2:2, 2:2; 2016/17 - 2:0, 1:0; 2017/18 - 3:0, 2:1; 2022/23 - 2:2, 1:1. 2023/24 – 1:0, 2:1; 2024/25 – 3:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RAUF CABBAROV, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə, İdman Kompleksinin stadionu. Saat 17.00.
Rəşad Sadıqovun komandasında qabardılacaq problem yoxdu. “Neftçi”yə gözlənilməz şəkildə uduzan “Zirə” “Sumqayıt”ı darmadağın etməklə özünü toparladı. İndi autsayderi məğlub etmək, bəlkə də turu 2-ci pillədə bitirmək şansı var. Bu üzdən qəsəbə təmsilçisi matça yetərincə ciddi yanaşacaq. “Kəpəz” isə sonuncu pilləyə düşməmək, əksinə, xal ehtiyatını artırmaqla təhlükəli zonadan uzaqlaşmaq niyyətindədi. Odu ki, Rəşad Sadıqovla Azər Bağırovun duelini izləməyə dəyər. “Sarı-göylər”in son üç oyunda uduzmadığını deməkdə də fayda var.
Bu komandalar indiyə qədər 22 dəfə qarşılaşıb. Bunların 11-də “Zirə”, 3-də “Kəpəz” qalib gəlib, 8-də hərəyə bir xal düşüb. Topların nisbətində “qartallar” öndədi – 33:17.

Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Səbail” bütün səfər oyunlarında qol vurub. “Araz-Naxçıvan” son iki qarşılaşmada qalib gəlib.
// “Qarabağ” son 8 oyunda qol vurub. “Sabah” səfərdə qələbə qazanmayıb.
// “Turan Tovuz” bütün oyunlarda qol vurub. “Şamaxı” evdə qalib gəlməyib.
// “Kəpəz” son 14 matçda qələbə qazanmayıb. “Zirə” son 4 görüşdə qalib gəlib.

KƏNAN BAHADIR

Chosen
65
2
football-plus.az

10Sources