EN

Rusiyaya qarşı ən böyük sanksiyalar paketi açıqlanacaq

Fevralın 24-də London Rusiyaya qarşı ən böyük sanksiyalar paketini açıqlayacaq.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.

"Sabah müharibə başlayandan bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini açıqlayacağam" deyə Lemmi bildirib. 

Böyük Britaniyanın xarici işlər naziri həmçinin “davamlı, ədalətli sülhə” nail olmaq üçün ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq etmək niyyətində olduğunu açıqlayıb.

Fevralın 24-də, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının üçüncü ildönümündə Avropa Birliyi də 16-cı sanksiyalar paketini təqdim edəcək. Digər şeylərlə yanaşı, məhdudiyyətlər alüminium və neftin ixracına şamil olunacaq.

Chosen
26
30
unikal.az

10Sources