EN

Putin və Zelenski görüşməlidir: Tramp açıqladı

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün görüşməyə hazırlaşırlar.

Editor.az  publika.az-a istinadən xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın fikridir.

“Düşünürəm ki, prezident Putin və prezident Zelenski görüşməlidir”, – Tramp Ağ Evdə jurnalistlərə deyib.

Tramp bir daha əmin edib ki, o, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının tərəfdarıdır.

Qeyd edək ki, Tramp fevralın 25-də Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarının yeni mərhələsinin keçiriləcəyini açıqlayıb. O, yeni təyin olunmuş ticarət nazirinin andiçmə mərasimində çıxış edərək, bir daha əmin edib ki, tərəflər arasında atəşkəs və razılaşma əldə etmək istəyir.

Chosen
9
4
editor.az

7Sources