EN

Güclü qar Cəlilabad-Yardımlı yolunda hərəkəti məhdudlaşdırdı

Cəlilabad-Yardımlı istiqamətində olan kəndlərdə qarın hündürlüyü 40 sm-ə çatıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, sözügedən yolla əlaqədar rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Əhalinin sözlərinə görə, bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30-40 santimetrə qədər çatıb. Cəlilabad rayon icra hakimiyyətinin müavini, fövqəladə hallar komissiyasının sədri Qalib Xudaverdiyev deyib ki, səhər saatlarından başlayaraq hərəkət çətinliyi yaranan yolda qar təmizləyən texnika və işçi qüvvəsi yolun açılması üçün çalışır.

Chosen
21
5
publika.az

10Sources