Misli Premyer Liqasının XXIV turuna bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, dünən "Zirə" - "Kəpəz" oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb. Görüşün bu gün keçirilməsi planlanıb.
Misli Premyer Liqası, XXIV tur
16:00 "Zirə" - "Kəpəz"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Zirə İdman Kompleksinin stadionu