Suriyada müvəqqəti administrasiyanın lideri Əhməd əl-Şara təhdid edilib.
Publika.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Suriyanın cənubunun işğalının daimi olacağı mesajını verib.
Netanyahu Dəməşqin cənubunun tam silahsızlaşdırılmasını tələb etdiklərini bildirib:
“Yeni rejim qüvvələrinin Dəməşqin cənubundakı bölgəyə daxil olmasına icazə verməyəcəyik. Biz Suriyanın cənubunun tam demilitarizasiyasını tələb edirik. İran rejimi İsraili boğmağa çalışır. Biz də İrana çox ağır zərbələr vurduq”.