EN

Trampı Moskva ilə ikitərəfli danışıqlardan çəkindirmək istəyirlər

Trampı

Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq planına təsir etmək məqsədilə öz hərəkətlərini əlaqələndirmək barədə razılığa gəliblər.

Reyting.az
“The Times” nəşrinə istinadla bildirir ki, bu həftə Trampla görüşdə Avropa liderləri ABŞ prezidentini gələcəkdə Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Avropa öhdəlikləri müqabilində Moskva ilə ikitərəfli sülh danışıqları aparmamağa inandırmağa çalışacaqlar.

Qeyd edək ki, Starmer cümə axşamı Vaşinqtonda Trampla görüşməlidir. Makron isə bazar ertəsi ABŞ prezidenti ilə ayrıca danışıqlar aparıb.

Nəşr xatırladır ki, Rusiyanın Ukraynaya təcavüzünün üçüncü ildönümündə Britaniya yeni sanksiyalar paketi elan edəcək və bu, bütün yüksək rütbəli rusiyalı siyasətçilərin, məmurların və iş adamlarının Böyük Britaniyaya səfərini qadağanı nəzərdə tutacaq. Ölkənin Daxili İşlər Nazirliyi bütün yerli və federal nazirlər, eləcə də iri Rusiya şirkətlərinin direktorları və top-menecerləri üçün ölkəyə girişin qadağan ediləcəyini açıqlayıb.

Eyni zamanda, rəsmilər Starmerin Trampla görüşündən əvvəl müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2,5 faizinə qədər artırmaq üçün xüsusi cədvəl açıqlayacağına şübhə ilə yanaşırlar.

E. KAMAL
Chosen
13
1
reyting.az

10Sources