EN

Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib - SİYAHI

Bakı. Trend:

Avropa İttifaqının Xarici İşlər Nazirləri Rusiyaya qarşı sayca16-cı sanksiyalar paketini təsdiqləyib.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqınınrəsmi saytında bəyanat yayılıb.

Məlumata görə, sanksiyalar aşağıdakılardır:

  • Sanksiyalar paketinə ümumilikdə 48 fiziki və 35 hüquqi şəxsdaxil edilib.
  • Sanksiyalar siyahısına Rusiyadan və Ukrayna münaqişəsindəRusiyaya yardım göstərmək iddiası ilə Hindistan, Qazaxıstan, Çin,BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistandan olan 53 şirkət daxiledilib.
  • Rusiyanın “kölgə donanmasına” aid olduğu iddia olunan 74 dənizgəmisinə qarşı məhdudiyyətlər tətbiq olunub.
  • Avropada səkkiz Rusiya KİV, o cümlədən “Eurasia Daily”, “NewsFront”, “SouthFront”, “RuBaltic.ru”, “Lenta.ru”, "Zvezda"telekanalı, “Fondsk” və “Strateji mədəniyyət fondu” media qurumununyayımı dayandırılıb.
  • 13 Rusiya Bankı SWIFT sistemindən çıxarılıb.
  • Maliyyə təşkilatları üçün Rusiya Mərkəzi Bankının MaliyyəMesajlarının Ötürülməsi Sistemindən istifadə edən tranzaksiyalaraqadağa tətbiq edilib.
  • Aİ neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq vətexnologiyaların tədarükünə yeni məhdudiyyətlər qoyub.
  • Avropa biznesinə bəzi Rusiya limanları və hava limanları iləsövdələşmələr aparması qadağan edilib
  • İlkin alüminiumun idxalına qadağa qoyulub. Sanksiyalar həmçinin"kimyəvi maddələr, bəzi plastik və kauçuk növləri"ni əhatə edir.Məhdudiyyətlər xrom birləşmələri və iğtişaşların yatırılması, eləcədə PUA-ların idarə olunması üçün istifadə edilən xlorpikrin kimyəviprekursorlarının tədarükünə də şamil olunub.
  • Oyun konsollarının ixracı qadağan edilib.
  • Avropa şirkətlərinə təyyarə və aviasiya texnologiyalarınınixracı qadağan olunub.
  • Neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq vətexnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edilir.
Məqalədə:
Chosen
161
11
az.trend.az

10Sources