EN

Yeni Zelandiyada nazir əməkdaşına toxunduğu üçün İSTEFA VERDİ

Yeni Zelandiyada ticarət naziri Endrü Beyli istefa ərizəsini yazıb.

hakimiyyet.az RİA Novosti-yə istinadla xəbər verir ki, nazirin söhbət zamanı tabeliyində olan əməkdaşın çiyninə əlini qoyması cəmiyyətdə çoxlu suallar doğurub.

"Mən nazir vəzifəsindən istefa vermək qərarına gəldim və istefa ərizəmi baş nazirə təqdim etdim, o da istefamı qəbul etdi", - deyə E.Beyli bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir əməkdaşdan onu uyğunsuz vəziyyətə qoyduğuna görə, üzr istəyib. Lakin hadisənin təfərrüatını açıqlamaq istəməyib.

Chosen
22
1
hakimiyyet.az

10Sources