Misli Premyer Liqasının XXIV turuna bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, dünən "Zirə" - "Kəpəz" oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb. Görüşün bu gün saat 16-da start götürməsi planlaşdırılırdı.
Lakin Zirə İdman Kompeksinin stadionunu vaxtında qardan təmizləmək mümkün olmayıb. Bu səbəbdən oyunun başlanma vaxtı saat 18-ə keçirilmişdi.
Ancaq hələ də stadionun təmizlənməsi prosesi gedir.
Misli Premyer Liqası, XXIV tur
"Zirə" - "Kəpəz" 0:0 (Birinci hissə)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Zirə İdman Kompleksinin stadionu