Öz təhlükəsizliyini təmin edə bilməyən Avropa Ukraynanın təhlükəsizliyini təmin edə biləcəkmi? ...
Azər Qasımov: “NATO-nun yaradıcısı kimi ABŞ-nin adından qərar verən Trampın bu təşkilata üzv olan ölkələrə qarşı planları heç bir məntiqə sığmır”.
“Avropa əslində elə də zəif deyildir. Sadəcə ABŞ-yə arxayın olmaq onları başqa məsələlərə daha çox maliyyə ayırmaq imkanı yaradıb”.
Bu sözləri politoloq Azər Qasımov ABŞ prezidentinin Avropa barədə fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynaya təhlükəsizlik təminatını Avropa ölkələri verəcək. Burda bir məsələ diqqət çəkir ki. Avropanın özünün təhlükəzisizliyi ABŞ-dən asılıdır.
Bəs öz təhlükəsizliyini təmin edə bilməyən Avropa Ukraynanın təhlükəsizliyini təmin edə biləcəkmi?
Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.
Azər Qasımov: “Trampın Avropadan öz təhküləsizlikləri üçün maddi dəstəyi artırmaq istəməsi normal haldır. Amma bunun üçün təzyiq yolunu seçməsi, hətta NATO-dan ABŞ-ın çıxacağı söyləntiləri bütün NATO üzvlərində çaşqınlıq yaradan haldır”.
Avropadanın müdafiə üçün imkanlar tapmağa vəsaitlərinin olduğunu vurğulayan politoloq bildirib ki, hətta Ukraynaya yardım etmək üçün də vəsaitləri vardır:
“Trampın hakimiyyətə gəlməsindən sonra atdığı addımların məntiqsizliyi özünü bütün hallarda göstərir. NATO-nun yaradıcısı kimi ABŞ-nin adından qərar verən Trampın bu təşkilata üzv olan ölkələrə qarşı planları heç bir məntiqə sığmır. Təbii ki, Trampın Avropadan öz təhküləsizlikləri üçün maddi dəstəyi artırmaq istəməsi normal haldır. Amma bunun üçün təzyiq yolunu seçməsi, hətta NATO-dan ABŞ-ın çıxacağı söyləntiləri bütün NATO üzvlərində çaşqınlıq yaradan haldır. Trampın bunu nə məqsədlə etməsi Avropada gərginlik yaratmaq gücündədir.
Ukraynaya olunan dəstəklər məsələsində Avropanın getməsi fikri əslində doğru fikirdir. Çünki Ukrayna Avropanın qapısıdır. Təhlükənin Rusiyadan Avropaya keçməsi bir addımlıq, hətta bilavasitə Belarusdan sərhəddədir. Polşa və Pribaltika ölkələri NATO-ya Rusiya təhlükəsinə görə daxil olublar, həm də ABŞ-a arxayın olaraq. Görünən odur ki, Tramp Avropa ölkələrini bərk narahat edib. Amma Avropanın öz təhlükəsizliyində rol almasını öz əlinə almağın vaxtı çoxdan çatıb.
Azər Qasımov: “Unutmayaq ki, Avropa ölkələri Fransa və eyni zamanda, Aİ-dan çıxsa da, Böyük Britaniya nüvə dövlətləridir”.
Avropa əslində elə də zəif deyildir. Sadəcə ABŞ-a arxayın olmaq onları başqa məsələlərə daha çox maliyyə ayırmaq imkanı yaradıb. İndi məcbur olsalar müdafiə üçün də imkanlar tapmağa vəsaitləri vardır, hətta Ukraynaya yardım etmək üçün də vəsaitləri vardır.
Unutmayaq ki, Avropa ölkələri Fransa və eyni zamanda, Aİ-dan çıxsa da, Böyük Britaniya nüvə dövlətləridir. Fransa dünyanın ikinci böyük müdafiə sənayesinə malikdir. Almaniya da güclü iqtisadiyyata və hərbi sənaye potensialına malikdir. Hesab edirəm ki, bu güc həm Ukrayna, həm də bütün Avropanın təhlükəsizliyini qorumağa kifayət edəcək. “Qoca qitənin” tarixində yeni dövr başlayır”.
Nərminə UMUDLU
Poliqon.info