EN

Netflix ulduzuna çevrilən narkobaron ekstradisiya edildi - VİDEO

Meksika polisi Netflix serialının qəhrəmanına çevrilmiş narkotik baronunu saxlayıb.

"Unikal" xəbər verir ki, Meksika hakimiyyəti Qvadalaxara kartelinin yaradıcısı Rafael Karo Kinteronu ABŞ-də mühakimə olunmaq üçün ekstradisiya edib.

Onunla yanaşı, külli miqdarda narkotik vasitələrin - kokain, metamfetamin, fentanil və heroinin qaçaqmalçılığında, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı zorakılıq cinayətləri törətməkdə təqsirli bilinən narkotik kartellərinin daha 28 üzvü ABŞ-yə göndərilib.

Chosen
41
50
unikal.az

10Sources