EN

Ağcabədidə ağır qəza – 5 nəfər öldü, xəsarət alanlar var

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xocavənd kəndi ərazisində “Mercedes”, “KIA” və “VAZ” markalı minik maşınları toqquşub.

Qəza nəticəsində 5 nəfər – Ağcabədi rayonu Boyad kənd sakinləri 1991-ci il təvəllüdlü Hüsüyev Vüsal Məmməd oğlu, 1995-ci il təvvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və rayonun Bilağan kənd sakini 2022-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu həyatını itirib.

Xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

 

 

Chosen
39
50
heftelik.az

10Sources