Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”,“Dated Brent” və “Urals” (EX NOVO) markalı xam neftin ortaqiymətində azalma qeydə alınıb.
Trend xəbərverir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən"Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə iləmüqayisədə 1,89 ABŞ dolları və ya 2,4% azalaraq, 75,8 dollar/bareltəşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 76,71dollar/barel, minimum isə 75,15 dollar/barel olub.
Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "AzeriLight" markalı xam neftin orta qiyməti 74,51 dollar/barel təşkiledib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,8 ABŞ dolları vəya 2,36% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftinmaksimal qiyməti 75,36 dollar/barel, minimum isə 73,83 dollar/barelolub.
URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə2,29 ABŞ dolları və ya 3,8% azalaraq, 58,44 dollar/barel təşkiledib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 59,44dollar/barel, minimum isə 57,44 dollar/barel olub.
“Dated Brent” markalı neftin orta qiyməti 2,34 dollar və ya 3,1%ucuzlaşaraq 73,56 dollar/barelə bərabər olub. Bu həftəninyekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 74,57dollar/barel, minimum isə 72,86 dollar/barel təşkil edib.
Neftin növü / tarix | 24.02.2025 | 25.02.2025 | 26.02.2025 | 27.02.2025 | 28.02.2025 | Orta qiymət |
Azeri LT CIF | $76,71 | $75,15 | $75,18 | $76,24 | $75,71 | $75,80 |
Azeri Light FOB Ceyhan | $75,36 | $73,83 | $73,90 | $75,00 | $74,44 | $74,51 |
Urals (EX NOVO) | $59,44 | $57,51 | $57,44 | $58,92 | $58,89 | $58,44 |
Dated Brent | $74,57 | $72,90 | $72,86 | $74,00 | $73,48 | $73,56 |