EN

Ukrayna planı

Baş nazir Keir Starmer İngiltərə, Ukrayna, Fransa və bir-iki ölkə ilə müharibəni bitirmək planı üzərində işləmək üçün razılığa gəldiklərini və bunun daha sonra ABŞ ilə müzakirə ediləcəyini bildirib.

BBC-yə müsahibəsində Starmer ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında debatı izlədiyini deyib: “Heç kim bunu görmək istəmir. Mən o gün dərhal prezident Trampa və prezident Zelenskiyə zəng etdim. Çünki fikrimcə, Avropa və Böyük Britaniyanın təhlükəsizliyi və müdafiəsi üçün vacib olan Ukraynada davamlı sülhə diqqət yetirməliyik”.

Starmer, kameralar önündə gərginliyin artdığı müzakirəni heç kimin görmək istəmədiyini təkrarladı və həmin gün Tramp və Zelenskidən başqa Fransa prezidenti Emmanuel Makronla danışdığını bildirdi.

Danışıqlarda məqsədinin tərəflər arasında körpü rolunu oynaması olduğuna diqqət çəkən Starmer, “Ukrayna, İngiltərə, Fransa və yəqin ki, bir və ya iki başqa ölkə ilə müharibəni dayandıracaq bir plan üzərində işləmək üçün razılaşdıq. Bu planı daha sonra ABŞ ilə müzakirə edəcəyik”, – deyib.

Tramp-Zelenski müzakirəsindən narahatlığını dilə gətirən Starmer, bir neçə dəfə üz-üzə və ya telefonla danışdığı Trampın da Ukraynadakı müharibəni bitirmək istədiyini bildirib.

Keir Starmer də Rusiya prezidenti Vladimir Putindən başqa hər kəsin buna inandığını ifadə edərək, “Buna görə də dünən gecə bir addım atdıq və müharibəni bitirmək üçün bir plan üzərində işləməyə başladıq. ABŞ ilə daha sonra müzakirə edəcəyimiz bu plan, cümə günü (Tramp-Zelenski müzakirəsi günü) qaldığımız yerdən irəliyə doğru əhəmiyyətli bir addımdır” dedi. qiymətləndirmə aparıb.

***

Heç kimin, xüsusilə ukraynalıların müharibənin davam etməsini istəmədiyini qeyd edən Starmer, “Bu, bizim milli maraqlarımıza uyğun deyil”, – deyib.

İngiltərə Baş naziri Starmer, Trampın Ukraynadakı müharibəni sona çatdıracağını iddia etdiyi razılaşmanın daimi sülhü hədəflədiyini bildirib və keçən həftə görüşlərində onunla bu razılaşmanı müzakirə etdiklərini açıqlayıb.

Starmer Zelenskinin hər hansı razılaşma ilə bağlı narahatlığına da toxunaraq, “Siz pozulacaq bir razılaşma əldə edə bilməzsiniz. Bu, prezident Zelenskinin də narahatçılığıdır. O, bunu çox açıq deyir. Bundan əvvəl Minsk razılaşmaları var idi, lakin vədlər yerinə yetirilmədi. Zelenski haqlıdır ki, heç vaxt pozulmayacaq bir razılaşma olmalıdır. Əgər bu olacaqsa, biz onun qorunması üçün lazımi təminatları ətraflı müzakirə etmişik”, – deyib.

Starmer Ukraynasız Ukrayna ilə bağlı danışıqların mümkün olmadığını təkrar edərək, “Əgər razılaşma olacaqsa, münaqişəni dayandırmalı və qorunmalıdır. Əgər müvəqqəti fasilə olacaqsa, Putin geri qayıdacaq. Bu, keçmişdə də olub. Məncə, risk var. Ona görə də əmin olmalıyıq ki, razılaşma müvəqqəti deyil, daimi olsun”, – deyib.

“Mən Putinə etibar etmirəm, ona görə də təhlükəsizlik zəmanəti istəyirəm”. Starmer bu ifadədən istifadə edərək deyib ki, Putin əvvəllər də sübut edib ki, yenidən hücuma keçib.

İngiltərə Baş naziri Starmer: “Bir neçə ay və ya il ərzində dağılacaq bir razılaşmanın mənası yoxdur”, – deyib.

***

Digər tərəfdən Starmer, Zelenskiyə və Trampa sülh razılaşması əldə edəcəklərinə inandığını ifadə edərək, son zamanlar ziddiyyətli açıqlamalarına baxmayaraq, Trampın motivasiyasının qalıcı sülh olduğuna  inandığını bildirib.

Starmer ABŞ və Böyük Britaniya arasındakı münasibətlərə də toxunaraq deyib: “ABŞ və Böyük Britaniya arasındakı əlaqələr dünyanın istənilən iki ölkəsi arasında münasibətlərdən ən yaxındır. Müdafiəmiz, təhlükəsizliyimiz, kəşfiyyatımız dünyanın heç bir yerində görülməyən bir şəkildə bir-birinə bağlıdır”.

Starmer son vaxtlar ictimaiyyət arasında ABŞ-Böyük Britaniya münasibətləri ilə bağlı narahatlıq olduğunu etiraf edib və bir çox insanın ona Avropa və ya ABŞ arasında seçim etməli olduğunu dediyini qeyd edib: “Bu bir ölkə olaraq yanlış seçimdir. Biz Leyboristlər Partiyası olaraq heç vaxt belə seçimi etməmişik və indi də bu seçimi etməməliyik. Bizim ABŞ ilə xüsusi və Avropa ilə güclü münasibətimiz var. Hər ikisini də qoruyub saxlamalıyıq”, – Starmer deyib.

Starmer, həmçinin üç ildir davam edən müharibə zamanı Ukraynaya çoxlu pul və təlim dəstəyi verdiklərini ifadə edərək, Avropanın müdafiə xərclərinə investisiyaları artırması lazım olduğunu bir daha vurğulayıb.

Starmer Ukraynaya təhlükəsizlik zəmanəti verməyə “istəkli” olan Avropa ölkələrindən ibarət koalisiyanın yaranma ehtimalının yüksək olduğunu qeyd edərək, Fransa və Böyük Britaniyanın bununla bağlı addımlar atmağa kifayət qədər hazır olduğunu bildirib.

Starmer Fransa prezidenti Emmanuel Makron ilə birlikdə koalisiya yaradılması planı üzərində işləyəcəklərini, daha sonra isə ABŞ ilə bu məsələni müzakirə edəcəklərini bildirib.

Chosen
45
50
vaxt.az

10Sources