EN

Londonda Ukrayna üzrə Avropa Zirvə Toplantısı başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Londonda Ukrayna üzrə Avropa Zirvə Toplantısı başlayıb.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, sammit Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən təşkil olunub.
Sammitdə 18 ölkə və birliyin nümayəndələri iştirak edirlər.
Tədbirə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, həmçinin Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, NATO-nun baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski gəliblər. Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir.
K.Starmerin sözlərinə görə, görüş iştirakçıları davamlı sülh əldə etmək üçün Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin edilməsi yollarını müzakirə edəcəklər.
Chosen
134
50
oxu.az

10Sources