EN

Qazaxıstan Azərbaycandan qeyri-neft məhsulları alışını 63% artırıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Qazaxıstana 5,5 milyon ABŞdolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici iləmüqayisədə 2,1 milyon ABŞ dolları və ya 63,1% çoxdur. Hesabatdövründə Qazaxıstana qeyri-neft məhsulları ixracı Azərbaycanınümumi ixracının 2,24%-ni təşkil edib.

Bununla da Qazaxıstan Azərbaycanın ən çox qeyri-neft məhsullarıixrac etdiyi ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.

Eyni zamanda, cari ilin yanvarında Azərbaycanla Qazaxıstanarasında ticarət əməliyyatlarının həcmi 24,7 milyon ABŞ dollarıolub. Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə 7,2 milyon ABŞ dolları və ya 41,6% çoxdur.

Hesabat ayında Azərbaycandan Qazaxıstana 5,7 milyon ABŞ dollarıdəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin yanvarayındakı göstəriciyə nisbətən 2,3 milyon ABŞ dolları və ya 68,5%çoxdur.

Bu ilin yanvarında Azərbaycan Qazaxıstana məhsul idxalını illikmüqayisədə 4,9 milyon ABŞ dolları və ya 35,1% artıraraq, 19 milyonABŞ dollarına çatdırıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illikmüqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya40,7% çoxdur.

Chosen
41
4
az.trend.az

10Sources