EN

Trampın Ukrayna siyasəti fiaskoya uğrayır- ÖZƏL

"ABŞ prezidenti D. Tramp V. Zelenskiyə atəşkəsə getməyə məcbur etməsi əsasən, əraziləri Rusiyaya güzəştə getməsinə hesablanıb. D. Tramp açıq şəkildə deyir ki, V. Putin güclüdür və onunla döyüşmək istəmirəm. Halbuki Ukrayna Rusiyanin "gücünü" üç ildə sübut edib". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Proseslər D. Trampın istədiyi kimi olaraq Ukraynanın işğal olunmuş əraziləri Rusiyaya güzəştə getdi. Bundan sonra, Rusiya dayanacaqmı?! Əlbəttə, xeyr! V. Putinin əsas planı Ukraynanı şərqini deyil, bütöv Ukraynanı işğal etmək və NATO-nun  1997-ci il sərhədlərinə geri çəkilməsi, post-sovet məkanından ABŞ və Qərbin çıxmasıdır. V. Zeleski və Avropa ölkələri də bunu yaxşı bilir. 
D. Tramp və komandası sabah Avropanın şərqindən NATO geri çəkilməsini, Rusiyanın post-sovet məkanında yenidən siyasi təsirinin formalaşmasına razı olmasına gedə bilər. Amma, sərt müqavimətlə qarşılaşacaq. 

Ümumiyyətlə, D.Trampin Ukrayna ilə bağlı heç bir planı yoxdur. D.Tramp və vitse-prezident Benzin  V. Zelenskiyə qarşı qeyri-diplomatik davranışı və təzyiqləri V. Putinin siyasi davranışlari idi. V. Zelenski elə bil Ağ Evdə deyil, Kremldə idi. Sanki, D. Tramp V. Putin , vitse prezident Vens Ramzan Kadırov obrazında çıxış edirdi. Eyni üslub və danışıq tərzi Vitse-prezident Vensin ABŞ-ın yeni  Ramzan Kadırovudur. V. Zelenski Ağ Evdə D. Tramp və vitse- prezidentə master-klas keçdi. D. Tramp öz nüfuzunu öz kabinetində yerlə bir edərək, V. Putinin əlinə oynadığını sübut etdi. D. Tramp Avropa liderlərindən fərqli olaraq V. Putinlə sərt danışmir və nəzakətli şəkildə onu incitmək olmaz deyir. D. Trampın Ukrayna siyasəti fiaskoya uğrayır. Bundan sonra, Böyük Britaniya Türkiyə və Avropa ölkələri Ukraynaya tam hərbi dəstək verəcək. Çinin də bu xəttə dəstək verməsi istisna deyil. Azərbaycan D. Tramp  administrasiyası ilə heç bir dialoq və əməkdaşlıq qurmasına ehtiyac yoxdur. D. Tramp Qarabağ erməniləri barədə avantürist mövqeyə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources