EN

Əvəzedicilər Liqası: 25-ci turun təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 25-ci turun təyinatları müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

25-ci tura sabah – martın 4-də start veriləcək. Turun qalan görüşləri ayın 5-də və 6-da keçiriləcək.

Əvəzedicilər Liqası
25-ci tur
4 mart

“Səbail-2” – “Şamaxı-2”
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Sevda Nuriyeva, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 15:00.

“Sumqayıt-2” – “Qarabağ-2”
Hakimlər: İnqilab Məmmədov, Teymur Teymurov, Tərlan Talıbzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

5 mart

“Turan Tovuz-2” – “Zirə-2”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəşad Quliyev, Səxran İsmayılov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 12:00.

“Sabah-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 15:00.

6 mart

“Kəpəz-2” – “Neftçi-2”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namik Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Chosen
58
2
arena.az

5Sources