EN

Kanada ABŞ-ı 107,4 milyard dollarlıq cavab tarifləri ilə hədələyir

Əgər Vaşinqton martın 4-də Kanada mallarına rüsumlar tətbiq edərsə, Ottavo ABŞ-a 155 milyard Kanada dolları (107,4 milyard dollar) dəyərində cavab rüsumları tətbiq etməyə hazır olacaq...

Poliqon xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Melani Coli jurnalistlərlə görüşündə bildirib.

"Biz 155 milyard Kanada dolları məbləğində tariflərlə cavab verməyə hazır olacağıq. Əgər ABŞ öz ticarət müharibəsinə başlamaq qərarına gəlsə, biz hazır olacağıq", deyə o qeyd edib.

Fevralın əvvəlində Tramp Meksika, Kanada və Çindən gələn mallara rüsumların tətbiq edilməsi haqqında sərəncam imzalayıb. CNN-in qeyd etdiyi kimi, Meksika və Kanada malları Vaşinqton, Mexiko və Ottava arasında bağlanmış razılaşma nəticəsində ABŞ-a faktiki olaraq rüsumsuz idxal edilib, lakin indi iki həmsərhəd ölkə üçün tarif dərəcəsi 25%, Çin üçün isə 10% olacaq. Amerika lideri öz hərəkətlərini Amerika biznesinin maraqlarını qorumaq kimi izah edib.

Kanada və Meksika tezliklə ABŞ mallarına 25 faizlik tariflər tətbiq etməklə cavab verəcəklərini açıqlayıblar. Tramp daha sonra tariflərin tətbiqində 30 günlük gecikmə elan etdi. Tərəflər sərhəd mühafizəsini və narkotiklərin qanunsuz dövriyyəsinə nəzarəti gücləndirmək barədə razılığa gəliblər.

Poliqon.info

Chosen
69
1
poliqon.info

10Sources