Filippin Hərbi Hava Qüvvələrinə məxsus “FA-50” döyüş təyyarəsi təlim zamanı itib.
News24.az xəbər verir ki, bu barədə“Philstar” qəzeti yazıb.
Məlumata görə, təlimlər çərçivəsində Sebu şəhərindən “FA-50” qırıcıları havaya qalxıb.
Təyyarələr hədəf əraziyə çatmazdan bir neçə dəqiqə əvvəl onlardan biri ilə əlaqə kəsilib. Digər təyyarələrin itmiş təyyarə ilə əlaqə saxlamaq cəhdləri uğursuz alınıb.
Hərbi Hava Qüvvələri itkin düşən təyyarə və ekipajının tapılması üçün axtarışlara başlanıldığını açıqlayıb./Publika.az