
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen 27 Aİ ölkəsinin liderlərinə məktub göndərərək, ittıfaqı yenidən silahlandırmaq üçün 800 milyard avroluq planını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib,
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) yeni silahlanma dövrünə qədəm qoyur və hətta bu məqsədlə Aİ-nin inkişaf proqramından vəsait də istifadə olunacaq.
“Aİ-nin yenidən silahlanma planı təhlükəsiz və güclü Avropa üçün təxminən 800 milyard avro müdafiə xərclərini səfərbər edə bilər”, - AK sədri qeyd edib.
AK bu təklifləri Aİ-nin martın 6-da Brüsseldə keçiriləcək fövqəladə sammitində müzakirə olunacaq.
AK rəhbərinin sözlərinə görə, plan beş bənddən ibarət olacaq.
Fon der Lyayen plan çərçivəsində ilk növbədə, Aİ ölkələrinə silah istehsalı üçün 650 milyard avro toplamaq məqsədi ilə cari müdafiə xərclərini 1,5% artırmağı təklif edib.