EN

Neftaça Sənaye Məhəlləsində məhsul istehsalı ötən illə müqayisədə 5 dəfədən çox artıb

Neftçala Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən bugünədək 49,5 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 13,6 milyon manat investisiyanın da yatırılması nəzərdə tutulur.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb. 

Qeyd edilib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində indiyədək 210 milyon manatdan çox məhsul istehsal edilib, bunun da 1,37 milyon manatlıq hissəsi ixracın payına düşür. 

Bundan başqa, Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü illə müqayisədə 2024-cü ildə 5 dəfə çox, yəni 60 milyon manatlıq məhsul satışı həyata keçirilib.

Sənaye Məhəlləsində ümumi investisiya həcmi 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və 5-i istehsal fəaliyyətinə başlayıb. Bugünədək Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 49,5 milyon manat investisiya yatırılıb, 300-dən artıq daimi iş yeri yaradılıb, növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-ə yaxın iş yerinin də yaradılması nəzərdə tutulur.

 

Chosen
68
12
marja.az

10Sources