“Neftçi” Misli Premyer Liqasının 25-ci turunda qarşılaşacağı “Kəpəz” klubu ilə matçın hazırlığını başa vurub.
İdmanxeber.az-ın məlumatına görə, “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komandamızın üzvləri Tovuza yola düşüblər.
Futbolçumuz Andrey Ştoqrin zədə səbəbindən “Kəpəz”lə görüşü buraxacaq.
Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.