EN

Kurban Berdıyev: "Avrokuboklara vəsiqə qazansaq mövsümü uğurlu hesab edə bilərik"

"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır".

Teleqraf xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məqşçisi Kurban Berdiyev evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.

Türkmən məşqçi "Zirə"ni təbrik edib: "Zirə" kimi komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur. Onların əsas ümidi əks-hücumlarda idi. Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. "Zirə"ni layiqli qələbə münasibətilə təbrik edirəm".

Kurban Berdıyev komandasının məqsədinin yalnız avrokubok olduğunu bildirib: "Bunu bacarsaq, mövsümü uğurlu hesab edə bilərik".
Chosen
17
sherg.az

1Sources