Avropa İttifaqı ABŞ-la sammit keçirmək ideyası üzərində işləyir və “şərtlərin yerinə yetirilməsini” gözləyir.
Editor.az TASS-a istinadla xəbər verir ki, Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi icma ölkələrinin liderlərinin martın 6-da Brüsseldə keçiriləcək görüşündən əvvəl jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Aİ bu ideyanı alqışlayır. “Biz hazırıq və bunun faydalı olacağını düşünürük. Şərtlər nə vaxt imkan verəcək, görəcəyik. Amma bu, üzərində işlədiyimiz bir ideyadır”, – icma nümayəndəsi bildirib.
Britaniyanın Daily Mail qəzeti martın 5-də yazıb ki, Starmer və Makron Ukraynadakı münaqişənin həlli planını təqdim etmək üçün Ukrayna lideri Volodimir Zelenski ilə birlikdə ABŞ-a getməyə hazırdırlar.
//Gülnarə Abasova, Editor.az