EN

Əlində qumbara partlayan gəncin SON DURUMU

Martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.

Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü Sadıqov Əli Ələhbər oğlunun əlində əl qumbara partlayıb.

Modern.az yaralının son durumunu öyrənmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, 05.03.2025-ci il tarixində saat 13:30 radələrində Xocavənd rayonunda baş verən partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd edilib ki, ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib. Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib.

 

Chosen
133
49
modern.az

10Sources