EN

UEFA Çempionlar Liqası: "Bavariya" üç qolla qalib gəldi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bavariya" evdə "Bayer Leverkuzen"i qəbul edib.
Oxu.Az xəbər verir ki, Almaniyanın iki təmsilçisinin qarşılaşmasında münhenlilər üstün olublar - 3:0.
Harri Keynin biri penaltidən olmaqla dublu, Musialanın bir dəfə fərqlənməsi "Bavariya"nın qələbəsini təmin edib.
Qeyd edək ki, "Bayer"də Nordi Mukelye qırmızı vərəqə alaraq, 62-ci dəqiqədən etibarən komandasını azlıqda qoyub.
Chosen
145
50
oxu.az

10Sources