EN

Çempionlar Liqası: “Liverpul” PSJ-yə, “Barselona” “Banfika”ya qalib gəldi - VİDEO

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. 

Bizim.Media xəbər verir ki, son oyun günündə də 4 qarşılaşma keçirilib. 

Günün ilk matçında İtaliya "İnter"i Niderlandda "Feyenoord"a 2 cavabsız qolla qalib gəlib. 

İngiltərənin "Liverpul" komandası Fransada PSJ-nin qonağı olub. Bu görüşdə Mersisayd təmsilçisi 1:0 hesablı qələbə qazanıb. 

  "Benfika" Portuqaliyada İspaniya nəhəngi "Barselona"ya 0:1 hesabı ilə uduzub. Almaniya "Bavariya"sı isə öz meydanında "Bayer"in qapısından 3 top keçirib.   

UEFA Çempionlar Liqası   

1/8 final, ilk oyunlar   

5 mart 

  

21:45. “Feyenoord” (Niderland) - "İnter" (İtaliya) - 0:2   

00:00. “Bavariya” (Almaniya) - “Bayer” (Leverkuzen, Almaniya) - 3:0   

00:00. PSJ (Fransa) - “Liverpul” (İngiltərə) - 0:1   

00:00. “Benfika” (Portuqaliya) - 0:1 “Barselona” (İspaniya) 

Qeyd edək ki, bu mərhələnin cavab oyunları martın 11-12-də təşkil olunacaq.  

 

 

Bizim.Media 

Chosen
32
10
bizim.media

10Sources