Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən qatar gecikib.
Valyuta.az xəbər verir ki, 08:55-də Sumqayıtdan yola düşən 6012 nömrəli qatar Biləcəri stansiyasında dayanmalı olub.
Ətraflı məlumat verilməsə də, maşinist elan edib ki, texniki səbəblərə görə qatar gecikir.
Hazırda 09:36-da Bakı Dəmiryol Vağzalına çatmalı olan qatar hələ də Biləcəri stansiyasında gözləyir. Bu isə sərnişinlər arasında narazılığa səbəb olub. Sərnişinlərin bir hissəsi gecikmə ilə bağlı Biləcəri stansiyasında qatarı tərk ediblər.