EN

Gəncədə hamilə qadının ölüm səbəbi açıqlanıb - YENİLƏNİB

Gəncədə
Martın 6-da saat 05:00 radələrində 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub. 1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb. 10:05 Gəncədə doğuş zamanı qadın və körpəsi ölüb. 1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində qeydə alınıb. Belə ki şəhər sakini 1984 cü il təvəllüdlü Zülfiyə Yusibova hamiləliyinin 31-ci həftəsində xəstəxanaya müraciət edib. Nəticədə doğuş zamanı ana və bətnindəki uşaq ölüb. Bu, uzun müddət uşağı olmayan qadının birinci hamiləliyi imiş.

Faktla bağlı araşdırma aparılır.

Chosen
132
14
1news.az

10Sources