Hər il olduğu kimi, bu il də 8 Mart qabağı gül mağazalarında qiymətlər bahalaşıb.
Operativ Media bir neçə gül mağazası ilə əlaqə saxlayıb.
Onlardan bəziləri hazırda təlabatın çox olduğunu və bu səbəbdən yalnız onlayn sifarişləri qəbul etdiklərini bildiriblər.
Qiymətlər isə aşağıdakı kimidir
1 |
101 ədəd qızılgül |
800 AZN |
2 |
51 ədəd çəhrayı tülpan |
255 AZN |
3 |
51 bənövşəyi tülpan |
240 AZN |
4 |
39 ədəd tünd qırmızı qızılgül |
220 AZN |
5 |
Hortenziya qutuda |
400 AZN |
6 |
Eleqant Buket(Qızılgül, hortenziya, xrizantema, proteya və dekorativ çiçəklər) |
380 AZN |
Quruda təqdim olunan güllər isə buketlərə nisbətən daha ucuz qiymətə satılır:
1 |
Sarı, göy və çəhrayı qortenziya |
50 AZN |
2 |
15 ədəd sarı tülpan |
85 AZN |
3 |
Basbados qızılgül |
60 AZN |
4 |
Çəhrayı siklamen |
35 AZN |
Bundan əlavə 50-60-70 AZN aralığında müxtəlif güllərdən ibarət buketlərdə mövcuddur.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda gül mağazalarında bahalaşma müşahidə olunur: “Bunun isə əsas səbəbi təlabatın artmasıdır. Misal üçün bəzi gül mağazaları bir gülün dənəsini 5-10 manata satırdısa, hazırda dənəsinin qiymətini artırır. Çünki 8 martla əlaqədar gülə təlabat kəskin artıb.
Biz buna görə hansısa bir sahibkara nəsə edə bilmərik. Bu sahədə qiymətləri sadəcə bazar tənzimləyir. Ölkəmizdə n sayda gül mağazası mövcuddur. Hazırda mağazalarda qiymətlər demək olar ki, eynidir. 8 martdan öncə sahibkar da risk edir və xeyli məhsul alır. Və bu məhsulu 2-3 gün ərzində satmaldır. Yoxsa sərmayəsi batmış olacaq".