EN

“Zirə”nin məşqçilər korpusuna yeni təyinat olub

Bakı, 6 mart, AZƏRTAC

“Zirə” məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bundan sonra mütəxəssis əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, UEFA B kateqoriyalı məşqçi bunadək “Zirə”nin akademiyasında çalışıb. O, həmçinin 2020-2022-ci illər aralığında Bakı klubunda futbolçu kimi çıxış edib və komandanın kapitanı olub.

Chosen
32
13
azertag.az

10Sources