Xəbər verdiyimiz kimi bu gün Tovuzda doğuş zamanı körpə ölümü baş verib.
Bizim.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) körpənin ölüm səbəbi ilə bağlı məlumat yayıb.
"Martın 5-i saat 17:30-da Gədəbəy rayon sakini, 23 yaşlı hamilə qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Qeysəriyyə üsulu ilə çəkisi 3 min 500 qram, boyu 50 santimetr olan körpə (oğlan) doğulub. Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib.
Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 2025-ci il martin 5-i saat 13:30-da körpənin ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd edilib.
Bizim.Media