EN

Gecələr Bakı küçələrində “şou” göstərib təhlükə yaradan sürücü - 90-GU-540 - VİDEO

Paytaxt küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 90-GU-540 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Yasamal rayonunda qeydə alınmış görüntüdə “sağ-sol” edən sürücü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Binəqədi rayonunun müxtəlif ərazilərində çəkilmiş videolarda da o, yenidən sərt manevrlər edərək özüylə yanaşı digər hərəkət iştirakçılarına təhlükə yaradıb.

Nərmin

Chosen
14
avtosfer.az

1Sources