EN

Azərbaycanla Venesuela arasında konsulluq məsləhətləşmələri aparılıb

Bakı. Trend:

6 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Xariciİşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlərüzrə Xalq Hakimiyyəti Nazirliyi arasında video-konfrans formatındailk konsulluq məsləhətləşmələri keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə AzərbaycanRespublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisiEmil Səfərov, Venesuela nümayəndə heyətinə isə Venesuela BolivarRespublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti NazirliyininKonsulluq əlaqələri ofisinin baş direktoru Maria Rafaela SuarezHernandez rəhbərlik edib.

Görüşdə Azərbaycan Respublikasının Venesuela BolivarRespublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev,Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındafövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez iştirakediblər.

Məsləhətləşmələr zamanı Azərbaycan Respublikası və VenesuelaBolivar Respublikası arasında konsulluq sahəsində əməkdaşlığın carivəziyyəti və inkişaf perspektivləri, bu sahədə ikitərəflimüqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirəedilib.

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində rəqəmsal konsulluqxidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə mübadiləsininaparılmasının əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, ölkələrimiz arasında miqrasiya, əmək, sosialmüdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdənkeçirilib.

Məqalədə:
Chosen
16
9
az.trend.az

10Sources