EN

Ağdaşda iki maşın toqquşub, yaralılar var

Ağdaşda yol qəzası olub, yaralananlar var 

Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Ağdaş-Şəmsabad avtomobil yolunda baş verib. "Mersedes" və "Vaz 2106" markalı avtomobillərin toqquşması nəticəsində bir ailənin  3 üzvü müxtəlif bədən xəsarətləri alıb. Yaralananlar 2002-ci il təvəllüdlü Əliyev Aqil İntiqam oğlu, 2010-cu il təvəllüdlü Əliyev Xudaverdi  Elnur oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elnur Xudaverdi oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
13
2
avtosfer.az

3Sources